Oğuz-Yevlax yolunun bir hissəsi bərbad vəziyyətdədir - VİDEO

Oğuz-Yevlax avtomagistralının Kərimli kəndindən başlayaraq Yaqublu kəndinə qədər olan 3 km-lik hissəsi bərbad vəziyyətdədir.
Yolun bəzi hissələrinə çınqıl döşənsə də, uzun müddət istismar olunaraq iri daşların üzə çıxması nəticəsində yol bu günə düşüb.
Yaxınlıqda olan 15-ə yaxın kəndin sakinləri bundan əziyyət çəkdiklərini deyirlər. Yolun bu vəziyyətdə olması isə ən çox sürücüləri çıxılmaz vəziyyətdə qoyur.
Problem ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, 31 km-lik Kərimli-Oğuz avtomobil yolunun Şəki rayonundan keçən 21 km-lik hissəsi əsaslı şəkildə yenidən qurulub. Yaqublu kəndinə düşən 2,5 km-lik hissə də daxil olmaqla, yolun Oğuz rayonundan keçən 10 km-lik hissəsinin qurulması məqsədilə layihə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Maliyyə vəsaiti ayrılan kimi yolun sözügedən hissəsi də yenidən qurulacaq.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












