Ötən gün vətəndaşlardan 16 ov tüfəngi götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatları əsasında keçirilən tədbirlərlə dekabrın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.
Belə ki, polis əməkdaşları tərəfindən Lənkəran rayonunda Səpnəkəran kənd sakini F.Qənbərovdan, Goranboy rayonunda Hacallı kənd sakini S.Səfərovdan, Zərdab rayonunda Bıçaqçı kənd sakini H.Məmişovdan, Qəbələ rayonunda Əmirvan kənd sakini V.Yusifovdan, Yengicə kənd sakini F.Səmədovdan, Həmzəli kənd sakini A.Yusifzadədən, Ucar rayonunda rayon sakini, əvvəllər məhkum olunmuş N.Beydullayevdən, Şəmkir rayonunda Əliyaqublu kənd sakini Ş.Mustafayevdən qanunsuz saxladıqları müxtəlif markalı 9 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Goranboy, Şəki, Biləsuvar, Şəmkir və Quba rayonlarında 7 vətəndaş qanunsuz saxladıqları müxtəlif markalı 7 ədəd ov tüfəngini könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.
Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










