Ötən il 10 yeni körpü istifadəyə verilib - RƏSMİ

“Ötən il ərzində 10 yeni körpü istifadəyə verilib”.
Avtosfer.az xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, həmin körpülərdən dördü İsmayıllı rayonu ərazisindədir:
“Bundan başqa “Zəfər Yolu üzərində 5, Ağcabədi rayonu ərazisində 1, Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6 kilometrində uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında uzunluğu 90 metr olan yeni yerüstü piyada keçidlərinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib”.
Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına, habelə Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına da bir sıra tədbirlər görülüb:
“17 kəndlərarası avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatmış, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilib”.
“Bundan başqa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,7 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib. Yevlax rayonunda – 7,6 km, Şəki rayonunda – 11,4 km, Ucar rayonunda – 6,9 km, Zərdab rayonunda - 25,6 km və Ağcabədi rayonunda – 10,2 km uzunluğa malik kənd yolu, Şamaxı rayonunda 45,4 km, Naftalan şəhərində 16,9 km uzunluğunda daxili yollarının yenidən qurulması və əsaslı təmiri işləri başa çatdırılıb”, - deyə S.Məmmədov qeyd edib.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












