Banner

Ötən il qəzalar nəticəsində yollara 700 min manatdan çox ziyan dəyib

Xəbərlər 22 Fevral 2022 15:18 Oxunub 896
Ötən il qəzalar nəticəsində yollara 700 min manatdan çox ziyan dəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2021-ci il ərzində Bakı şəhərində və Respublikanın ümumiistifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinəziyan dəyməsi ilə nəticələnən 618 yol-nəqliyyat hadisəsi başverib.

Avtosfer.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuatkonfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədriSaleh Məmmədov deyib.

O bildirib ki, bunun nəticəsində 7 803 pm əyrixətli tirlər, 118pm beton bardür, 129,4 kv.m tamet bəzək daşı, 103 kv.m asfalt-betonörtük, 208 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 ədəd yolnişanı, 7 ədəd məlumat lövhəsi, 3 ədəd sərnişin dayanacağı, 18 ədədsəsboğucu lövhə, 1 ədəd hidravlik baryer və mühərriki, 164 kv.malkapon üzlük və 32,5 pm körpü məhəccəri yararsız hala düşüb.

"Ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddiziyan dəyib, bundan 524,8 min manatı (72,3 %) ödənilib. Dəymişziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəkarları məlumolan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiqsığorta şirkətlərinə müraciət olunub, 3 yol nəqliyyat hadisəsi iləbağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görəməhkəmələrə müraciət olunub, 69 yol nəqliyyat hadisəsi törətmişsəbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılmasıməqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub",- deyəS. Məmmədov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh