Paşinyan bəzi hərbçiləri cəzalandıracağının anonsunu verib

“Mən etdiyim səhvi heç vaxt təkrarlamaram. Ordu ilə bağlı hər hansı məsələni açıq müzakirə etməkdən imtina edirəm”.
Avtosfer.az xəbər verir ki, bunları ölkənin baş naziri Nikol Paşinyan bu gün onlayn keçirdiyi mətbuat konfransında hansı silah və hərbi texnikanın alınması ilə bağlı sualı cavablandırarkən deyib.
Baş nazir özünümüdafiə sistemində əsaslı islahatlar mövzusunun müzakirə olunub-olunmaması ilə bağlı suala belə cavab verib: “Mən incəliklərlə bağlı məsələləri, ordu ilə bağlı konkret mövzuları müzakirə etməyəcəm və hamıya bunları açıq müzakirə etməməyi məsləhət görürəm.
Amma bizim silahlı qüvvələrlə bağlı bütün yanaşmalarımız Ermənistan Respublikası hökumətinin fəaliyyət proqramında öz əksini tapıb. Orada hər şey qeyd olunub və proseslər onun çərçivəsində baş verəcək”.
Məğlub olan yüksək rütbəli zabitlərin niyə işdən çıxarılmamasına, onların yerinə müharibədə ən yaxşı xidmətləri olanların namizəd göstərilməməsinə gəlincə, Paşinyan deyib: “Zabitlərə gəlincə, bu vacib məsələdir. Ancaq hər şeyi qarışdırmamaq üçün çox diqqətli olmalısınız. Elə hallar olub ki, hansısa komandir şöhrət qazanıb, amma sonrakı araşdırma zamanı məlum olub ki, hər şey heç də belə deyil. Yalan məlumat verən bütün şəxslər cəzalandırılıb, cəzalandırılır və cəzalandırılacaq. Bu, gündəmdə olan çox vacib məsələdir, amma təfərrüat vermək istəmirəm”.
“Report”
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












