Paşinyan qələmi stola çırpdı, əsəbdən sifəti səyridi - Putin nə demişdi? - ANBAAN VİDEO

Dünən Kremldə Putinlə Paşinyan arasında görüş keçirilib.
Görüş zamanı ilk Vladimir Putin çıxış edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı danışarkən Qarabağ mövzusunu ortaya atıb. O bildirib ki, Qarabağ hələ də həssas məsələdir:
“Əlbəttə, Qarabağla bağlı olan bütün məsələlər hələ də həssasdır. Biz bunu sizinlə daim müzakirə edirik. Bilirik ki, sizdə, həmkarlarınızda KTMT ilə bağlı müəyyən suallar, narazılıqlar yaranıb və hələ də qalır”.
Putin Ermənistanın Qarabağı tanımasında mətnaltı olaraq Paşinyanı günahlandırıb:
"Düşünürəm ki, 2022-ci ildə Praqada Ermənistanın Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanımasından sonra KTMT-nin bu prosesə müdaxilə etməsi tamamilə yersiz olardı. Çünki bu proses artıq Azərbaycanın daxili məsələsi xarakterini almışdı”.
Putinin sözləri Paşinyanı gərginləşdirib. Onun əsəbdən üzü qızarıb, sifəti səyriyib və qeydlər apardığı qələmini stolun üstünə atıb.
Daha sonra bildirib ki, Ermənistan bu addımı Rusiya rəhbərliyinin açıqlamasına uyğun olaraq atıb:
“Ermənistanda artıq açıq şəkildə bildirmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik. Çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyənnaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıb. Lakin İrəvan bu addımı Rusiya rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu iki dəfə açıq şəkildə bəyan etməsindən sonra atıb”./savash.media
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












