Pay torpaqlarında tikilən evlər söküləcək - VİDEO

Pay torpaqlarında ev və ya obyekt tikmək olmaz. Pay torpaqları yalnız əkin üçün nəzərdə tutulub.
Xəzər TV xəbər verir ki, pay torpaqlarının sənədləşdirilməsi prosesi davam edir. Vətəndaşlardan şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd tələb olunmur. Bütün rüsumlar isə dövlət hesabına həyata keçirilir.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyir ki, 50 minə yaxın ailənin pay torpağının sənədi yox idi. Ötən ilin oktyabrında prezident İlham Əliyevin fərmanı ilə məhz bu torpaqların sənədləşdirilməsi prosesinə start verilib.
Vətəndaşları maraqlandıran digər bir sual isə pay torpaqlarında hər hansı bir tikintinin aparılması ilə bağlıdır. Qurum rəsmisi bu suala da aydınlıq gətirdi.
Qeyd edək ki, pay torpaqları 1990-cı illərdə Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində vətəndaşlara əvəzsiz olaraq verilib və 1,5 milyon vətəndaş pay torpağı ilə təmin edilib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












