Pozuntulara yol verən üç hakimin səlahiyyətinə xitam verildi

Cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq altı aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının yaydığı məlumatda deyilir. Bildirilib ki, təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə, səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.
İclasda 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib.
Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən üç nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən səkkiz nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu












