"Qarabağ" avrokubokla vidalaşıb

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
Avtosfer.az saytının məlumatına görə, avrokuboklarda Azərbaycanın sonuncu təmsilçisi “Qarabağ” növbəti sınağına çıxıb. Ağdam klubu Fransa “Marsel”i ilə üz-üzə gəlib. Ötən həftə “Velodrom”da 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri revanş almaq üçün meydana çıxıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdən öncə tanınmış müğənnilər Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunub. Qarşılaşma həm də Maksim Medvedevin avrokuboklarda 114-cü oyununa çıxaraq Azərbaycan futbol tarixinə yeni rekordçu kimi düşüb. Görüş erkən qolla başlayıb. 12-ci dəqiqədə Pape Qeye “Marsel”i hesabda önə çıxarıb. Buraxılan qoldan sonra ağdamlılar fəallığı xeyli artırıb. Hücumların birində İbrahima Vadji əllə topu rəqib qapısından keçirib. Meydanda yaşanan insidentin ardından bu qol ləğv olunub. İkinci hissədə rəqibini təzyiq altında saxlayan “Qarabağ” hesabı dəyişə bilməyib. Azarkeşlərin “Anadır arzulara hər zaman Qarabağ” mahnısının misralarını səsləndirməsi ilə böyük qüvvə ilə irəli atılan təmsilçimiz görüşün sonlarında daha iki top buraxıb. Bununla da ağdamlılar ev görüşündən 0:3 hesablı məğlubiyyətlə ayrılıb. Qeyd edək ki, bununla da həm iki oyunun yekununda 1:6 hesabı ilə uduzan “Qarabağ”, həm də Azərbaycan üçün avrokubok mövsümü başa çatıb.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












