Qarabağ ərazisinin 52 faizi mobil internetlə təmin olunub – Nazir

Qarabağ ərazisinin 52 faizi mobil internetlə təmin olunub.
Avtosfer.az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.
"Azad edilmiş ərazilərdə infrastrukturun bərpası regionda İKT və logistikanın inkişafının əsasını təşkil edir. Azərbaycanın bütün ərazilərində olduğu kimi, Qarabağda da rəqəmsal transformasiya üçün insan kapitalının gücləndirilməsi üzrə işlər aparılır. Qarabağ ərazisinin 52 faizi mobil internetlə təmin olunub. Biz daha yaxşı nəticələrin əldə olunması üçün investisiyaları artırmağı planlaşdırırıq", - deyə o bildirib.
Nazir əlavə edib ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat sahəsində deyil, həm də digər sferalarda yeni imkanlar yaradacaq.
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür












