Qarabağa yaşamağa qayıdacaq sakinlər üçün MÜHÜM XƏBƏR

İşğaldan azad olunmuş ərazilərimizə qayıdacaq sakinlərin məşğulluğu diqqətdə saxlanılacaq. Artıq bununla bağlı ilk layihənin icrası yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri təlimlərdə iştirak ediblər. 30-a yaxın kənd sakini növbəti mərhələdə müxtəlif avadanlıqlarla təmin olunacaqlar.
İşğaldan azad olunan ərazilərə qayıdış zamanı sakinlərin məşğulluğunun təmin edilməsi ilə bağlı yeni layihənin icrası yekunlaşır.
Layihə çərçivəsində Zəngilan rayonunun ağalı kənd sakinləri təlimlərə cəlb olunublar. Təlimlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib. Dövlət Məşğulluq Agentliyinin department rəhbəri Hacı Əliyev bildirib ki, doğma yurdlarına qayıdacaq sakinlərin bir qismi üçün kiçik təsərrüfatlar yaradılacaq.
Departament rəhbəri qeyd edib ki, belə layihələr bundan sonra da davam etdiriləcək. Özünüməşğulluq proqramı 10-dan çox fərqli istiqamətləri əhatə edəcək.
Hacı Əliyev əlavə edib ki, təlim iştirakçılarına sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Ağalı kənd sakinləri avtoservis, inşaat, məişət avadanlıqlarının təmiri, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və digər sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin olunacaqlar.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











