Qarabağda 1 500 km-ə yaxın yeni yollar salınacaq

Bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 441,7 km uzunluğunda yollar salınacaq.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.
“Bu yollar qarşıdakı 20 ildə istifadəyə veriləcək və onlar nəinki indi, hətta 2041-ci ildə cəmi 61% yüklənəcək. Halbuki dünyada bu rəqəm 85% civarındadır. Bu, bir daha dövlətimizin işğaldan azad edilmiş ərazilərə olan diqqət və qayğısını göstərir. Hazırda sözügedən istiqamətdə xüsusi konsepsiya hazırlanır. 101 km uzunluqda Zəfər Yolu artıq istifadəyə verilib və ümumi uzunluğu 1 441,7 kilometr təşkil edən digər 15 yol layihəsi də ardıcıl olaraq tamamlanacaq", - deyə o, qeyd edib.
"Report"
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












