Qaz limiti yanvarın 1-i sıfırlanmasa, bu nömrəyə mesaj atın

““Azəriqaz” İB qaz sayğaclarının sıfırlanmasının ilin sonunda aparılması üçün mexanizm fikirləşməlidir. Hər il “Azəriqaz” İB mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz sayğaclarının son göstəricilərini növbəti ilin yanvar ayının 8- 15-dək götürür. Yəqin ki, proses bu il də təkrarlanacaq”.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb. O qeyd edib ki, bu halda götürülən rəqəmlər abonentin 2021-ci ilin dekabr ayının qaz sərfiyyatına daxil olunacaq:
“Bu da limiti keçən abonent üçün ikiqat məbləğ deməkdir. Bildiyiniz kimi, rayonlarda qaz sərfiyyatı daha çox olur, nəinki şəhər evlərində. Əksər abonentlər artıq noyabr ayında limiti keçir və qaz sərfiyyatı üçün ikiqat ödəniş edir”.
Problemlə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya bildirib ki, dekabrın 31-dən etibarən sözügedən sayğacların sıfırlanmasına başlanılır və proses ən qısa zamanda tamamlanacaq:
“Bakı ərazisində 400 minə yaxın, ölkə ərazisində isə 1,5 milyon mexaniki sayğac var. 200 nəfər əməkdaşla bu sayğacların oxunması mümkün deyil. Ona görə də dekabrın 31-dən etibarən abonentlər 077 3104104 votsap nömrəsinə sayğacın üz qabığını çəkib atsınlar. Bayram günləri də bizim əməkdaşlarımız iş başındadır və çalışacağıq ki, bu prosesi ən qısa zamanda tamamlayaq”.
Problemin birdəfəlik həllinə gəlincə isə, E. Vəliyev əlavə edib ki, işçi sayını artırmaqla bu prosesin öhdəsindən gəlmək mümkün deyil. Problemin tamamilə həll edilməsi üçün mexaniki sayğacların smart sayğaclarla əvəzlənməsinə başlanılıb. Abonentlər smart sayğaclara keçəndən sonra bu sahədə heç bir problem qalmayacaq.
“Qafqazinfo”
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











