Qazaxıstanın “FlyArystan” loukoster aviaşirkəti Aktau-Bakı reysinə başlayıb

Aprelin 1-də Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti Aktaudan Bakı şəhərinə birbaşa ilk reys həyata keçirib.
Avtosfer.az xəbər veririk ki, 2018-ci ildə təsis edilən “FlyArystan” Qazaxıstanın ilk loukoster aviaşirkətidir.
“FlyArystan”ın satış və marketinq direktoru Mədinə Bujinovanın sözlərinə görə, “Airbus A320” komfortlu təyyarələrlə Azərbaycanın paytaxtından Aktau şəhərinə birbaşa reys yerinə yetiriləcək.
“Şəhərlər təsadüfən seçilməyib. Belə ki, hər iki şəhər neft regionudur. Biz münasib qiymətlərlə rahat gediş təşkil edirik. Eyni zamanda Aktau şəhəri iş mərkəzi olmaqla yanaşı, turistlər üçün sevimli yerdir”, - deyə M. Bujinova əlavə edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov isə bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Aktauya birbaşa uçuşlar həftənin iki günü yerinə yetiriləcək. O, Azərbaycanın əsas hava limanının imkanları və üstünlükləri haqqında danışaraq, dünyanın digər aviaşirkətlərini Bakıya birbaşa reyslər açmağa çağırıb.
Qeyd edək ki, biletləri mobil tətbiq vasitəsilə və ya aviaşirkətin rəsmi saytında əldə etmək mümkündür.
“Report”
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












