Qumar oynayanlar üçün cərimə 5 min manata qaldırılır
Xəbərlər
26 Dekabr 2021 20:00

Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə cərimələr artırılır.
Bu, sabah Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.
Layihəyə əsasən, artıq qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.///apa
Oxunub : 5632
DİGƏR XƏBƏRLƏR
5 Oktyabr 2026 23:52
Polkovnik Əflatun Məmmədov həbs olundu
5 Oktyabr 2026 11:53
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
4 Oktyabr 2026 18:27
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
4 Oktyabr 2026 15:30
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
4 Oktyabr 2026 15:14
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
4 Oktyabr 2026 12:49
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
4 Oktyabr 2026 10:39
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
4 Oktyabr 2026 09:05
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
3 Oktyabr 2026 16:24
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
3 Oktyabr 2026 14:06
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
3 Oktyabr 2026 13:23
Bakının bu yolu birdəfəlik BAĞLANIR
2 Oktyabr 2026 23:58
Bu yolda sürət həddi endirildi - FOTO
ŞƏRH YAZ












