Ramiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Avtosfer.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyev barəsində hazırlanmış ittiham aktı artıq ona təqdim olunub və hazırda ev dustaqlığında olan sabiq PA rəhbərinə məhkəməyə çağırışla bağlı bildiriş də göndərilib.
Məlumata görə, Ramiz Mehdiyev məhkəməyə müraciət edərək səhhətində problemlərin olduğunu əsas gətirib və prosesdə onlayn qaydada iştirak etmək istəyini bildirib.
Sabiq PA rəhbərinin bu müraciətinə məhkəmənin münasibəti sentyabrın 21-də keçiriləcək hazırlıq iclasında məlum olacaq.
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Bu ittihamlar üzrə cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində araşdırılıb və daha sonra məhkəməyə göndərilib.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












