"Ramiz Mehdiyev qanun hazırlamışdı ki, bu halda valideynlər 100 manat cərimələnsin" - Artur Rasizadə

"Bu, xəyanətdən daha da artıq məsələdir. Çünki belə şey eləməzlər axı. Sənə o qədər böyük hörmət ediblər. Sən necə bunları unuda bilərsən?"
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın sabiq Baş naziri Artur Rasizadə Musavat.com-a ağır dövləti cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı müsahibəsində deyib.
"Mənim bəzi məsələlərlə bağlı prinispial mövqeyim ondan fərqlənirdi. Birmənalı. Amma dövlətçilik naminə bunu açıq büruzə vermək düzgün deyildi. Çünki dövlət var. Amma mən bəzi məsələlərlə bağlı dəfələrlə tamam ayrı fikrim olub. Misalçün Ramiz Mehdiyev qanun hazırlamışdı ki, tibbi arayış olmadan şagirdlər məktəbə getməsə, valideynlər 100 manat cərimə olunsun. Dedim ayə, siz nə düşünürsünüz, belə şey ola bilər? Belə bir qanun layihəsi hazırlamışdılar. Əgər uşaq səbəbsiz 5 gün məktəbə getmirsə, o zaman valideynlər 100 manat cərimə olmalıdır. Bir misal kimi yadıma düşdü. Belə şeylər çox olub. Şükürlər olsun ki, mən oradan ayrılandan sonra Ramiz Mehdiyev mənə bir dəfə də zəng eləməyib. Yaxşı ki, eləməyib".
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












