Ramiz Mehdiyevin xanımı və oğlu ilə bağlı mühüm GƏLİŞMƏ

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinin onunla bağlı istintaqa cəlb edilməsi gündəmdədir. Məlumata görə, qızı Kamilə Mehdiyeva, kürəkəni İlham Əliyev və gəlini Nigar Mehdiyeva istintaqda dindirilib, qarşıdakı məhkəmədə şahid qismində ifadə verəcəklər. Lakin həyat yoldaşı Qalina Mehdiyeva və oğlu Timur Mehdiyevin dindirilməsi və məhkəmədə şahid kimi ifadə verəcəkləri barədə məlumat yoxdur.
Bəs Timur Mehdiyev və Qalina Mehdiyeva niyə bu prosesdən kənarda saxlanılıb? Ümumiyyətlə, Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət tətbiq edilə bilərmi?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkbər Həsənov deyib ki, bu məsələ ilə bağlı konkret məlumat yoxdur:
“Lakin bu, onların istintaqda olmadığı anlamına gəlmir. Ola bilər ki, istintaq çərçivəsində onlarla bağlı hər hansı araşdırma aparılır, sadəcə bu barədə məlumatımız yoxdur. Həmçinin ola bilər ki, onların Ramiz Mehdiyevin ittiham olunduğu cinayət əməlləri barədə məlumatları yoxdur və buna görə də şahid qismində dindirilmirlər. Ailə üzvlərinin və yaxınlarının hamısının mütləq şahid olması və nəsə bilməsi vacib deyil. Əgər başqa hal yoxdursa, böyük ehtimalla səbəb budur”.
Hüquqşünas bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:
“Fikrimcə, Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar maliyyə-iqtisadi cinayətlərlə bağlı deyil. Bildiyim qədər, söhbət dövlət çevrilişi və digər bu xarakterli ittihamlardan gedir. Buna görə də belə əməllərdə ittiham olunan şəxsin ailə üzvlərinin gəlirlərinin araşdırılan cinayət işi ilə əlaqəsi olmaya bilər. Əgər həmin şəxs hər hansı iqtisadi cinayətlərdə də ittiham olunursa, bu halda ailə üzvlərinin maliyyə vəziyyətinin də araşdırılması mümkündür”.
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR










