Ramiz Mehdiyevin zəng edərək danışdığı qadının kimliyi məlum oldu - VİDEO

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var. Söhbət zamanı Ramiz Mehdiyev qadından Azərbaycanda “dövlət idarəetmə sistemində dəyişiklik”lə bağlı – faktiki olaraq, dövlət çevrilişindən sonrakı idarəetmə modelinə dair hazırladığı məktubu kimlərəsə ötürmək üçün məsləhət istəyir. Video fraqmentdə qadının şəxsiyyəti açıqlanmayıb.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, bu qadın Rusiya Elmlər Akademiyasında (REA) çalışır və R. Mehdiyevin Rusiya təhlükəsizlik orqanları ilə təmaslarında vasitəçilik edib. Mənbə bildirib ki, Mehdiyev AMEA prezidenti olduğu dövrdə (2019-2022) Rusiyadakı kuratorları ilə məhz təhlükəsizlik orqanlarının REA-dakı agenturası vasitəsilə əlaqə saxlayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev 2022-ci il fevralın 19-da AMEA prezidenti vəzifəsindən azad edilib. Bu hadisədən cəmi 3 ay əvvəl - 2021-ci il noyabrın 25–26-da o, Bakıda Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb, AMEA-da keçirilən görüşdə isə ona REA-nın xatirə medalı təqdim olunub.
Rusiya kəşfiyyat orqanlarının (xüsusilə FSB-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi müəssisələrdə güclü nəzarət mexanizmləri və agentura şəbəkəsi saxlaması faktı beynəlxalq media və araşdırmalarda dəfələrlə qeyd olunub. Bu sistem SSRİ dövründən qalıb və bəzən kəşfiyyat əməkdaşları RAN-da “məsləhətçi” və ya “ekspert” kimi fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin əlaqə saxladığı qadın da məhz belə “ekspert”lərdən biridir.
Həmin şəxsin şəxsiyyəti məlum olsa da, istintaq maraqlarına görə hələlik açıqlanmır.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












