Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər

"MasterCard" Azərbaycanın bölgələrində ictimai nəqliyyatda nağdsız ödəniş imkanlarını genişləndirməyi planlaşdırır.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu "MasterCard"ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.
"Azərbaycanda nağdsız ödənişlərin artımının drayverlərindən biri ictimai nəqliyyatda bank kartları vasitəsilə ödəniş sisteminin tətbiqi oldu. 2020-ci ildə Şamaxıda 25 avtobusda nağdsız ödənişlər üzrə pilot layihəni işə salmışıq. Bu gün Şamaxıda nəqliyyatda dörd mindən çox nağdsız ödəniş həyata keçirilir", - deyə o, bildirib.
E.Çakar ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda Azərbaycanda açıq bankçılıq tətbiq olunacaq.
"Bu model artıq Türkiyədə reallaşdırılıb və şübhə etmirəm ki, Azərbaycanda da bu hədəfə nail olacağıq", - E.Çakar deyib.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











