Rus tanklarının üstündəki “Z” nəyə işarədir?

Son günlərdə Ukrayna sərhədi yaxınlığında yerləşdirilmiş Rusiya hərbi texnikalarının üzərində yazılan "Z" hərfi ciddi müzakirələrə səbəb olub. Qeyd olunan hərfin hansı mənanı ifadə etməsi sual doğurur.
Bununla bağlı Axar.az-a danışan hərbi mütəxəssis Ədalət Verdiyev bildirib ki, adətən belə işarələrə hər iki tərəf eyni texnikadan istifadə edəndə rast gəlinir.
“Hər iki tərəf SSRİ/Rusiya istehsalı olan hərbi texnikadan, məsələn, tankdan və zirehli maşınlardan istifadə edir. Onları fərqləndirmək üçün bu kimi işarələrdən istifadə oluna bilər. İkincisi, həmin ərazidə fəaliyyət göstərən qüvvələrin ayrı-ayrı şəxslərin və ya ərazilərin adlarını daşıyan bölmələrinə rast gəlinir. Məsələn, “Azov” bölməsi. Bu bölmənin texnikasının üzərində “A” hərfinin yazıldığı məlumdur. Bu, həmin texnikanın “Azov” bölməsinə aid olması deməkdir. Yəni təcrübədə bu kimi hallara rast gəlinir. Görünür, bu dəfə hansısa rus zabiti özünün “Zorro” kimi xilaskar olduğuna inanır”, - deyə ekspert bildirib.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












