Rusiya aviaşirkəti Füzuliyə uçuşlara başlayır

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar həyata keçirmək üçün üç hava yolu şirkətinə müvafiq icazə verib.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, “İrAero” şirkəti həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəılxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirəcək. Həmçinin “AzurAir” şirkəti Rusiyanın Samara, Rostov, Krasnodar, Kazan şəhərlərindən həftədə iki dəfə, “Nord Wind” şirkəti də Soçi şəhərindən həftədə 7 dəfə Bakıya uçuş həyata keçirmək hüququ əldə edib.
Xatlırladaq ki, oktyabrın 15-dən Baş nazir Əli Əsədovun imzaladığı qərarla beynəlxalq status verilmiş Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilib. Hər növ təyyarələr qəbul etmək iqtidarında olan hava limanındakı enmə zolağının uzunluğu 3000, eni 60 metr, terminalı isə saatda 200 sərnişini yola salmaq gücündədir.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












