Rusiya-Azərbaycan sərhədində 2 mindən çox TIR yığılıb - SƏBƏB NƏDİR...

Rusiya-Azərbaycan sərhədinin “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində 2 mindən çox TIR yığılıb. Dağıstan mənbələri xəbər verir ki, yük maşınlarının bu növbəsinin səbəbi sərhəd-keçid məntəqəsində aparılan rekonstruksiya işləridir. Yaranmış vəziyyətlə bağlı Azərbaycana, oradan Gürcüstan və Türkiyəyə getmək üçün gözləyən sürücülərə alternativ marşrut təklif edilir-onlar Şimali Osetiyadakı “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən istifadə edə bilərlər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə sərhəd idarəsinin yaydığı məlumatda deyilir ki, hazırda “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsi öz imkanlarından 1,5 dəfə artıq yüklənmə ilə işləyir. Belə vəziyyətdə ötən ildən başlayaraq sərhəd-keçid məntəqəsinin rekonstruksiyası aparılır, eyni zamanda sərhəd-keçid məntəqəsi işini də davam etdirir.

Yenidənqurma və genişləndirmə planı sərhəd qapısının buraxılış imkanlarını genişləndirməyə, sərhədi keçənlər üçün rahat şəraitin yaradılmasına hesablanıb. Plana əsasən yenidənqurmadan sonra sərhəd-keçid məntəqəsindən gün ərzində 4 mindən çox sərnişin, 730 minik, 630 yük maşını və 40 avtobus keçə biləcək.
Qeyd edək ki, “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsinin buraxılış imkanlarının məhdud olması səbəbindən hər il yay mövsümündə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz daşıyan TIR-ların sərhədi vaxtında keçməsində problemlər yaranırdı, uzun növbələr meydana çıxırdı.
virtualaz.org
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










