Rusiya bütün gəmilərini cəmləşdirib - Dənizdən hücuma keçəcək

Rusiyanin hərbi-dəniz donanması Qara dəniz akvatoriyasında tam gəmi qruplaşması formalaşdırıb, döyüş hazırlığı vəziyyətinə gətirib və Ukrayna ərazisinə seriya zərbələr endirməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirir.
Məlumatda deyilir ki, Kiyevdən şimal və şərq istiqamətlərində də Ukrayna ordusu Rusiya təcavüzkarlarına qarşı müdafiə döyüşləri aparır. O cümlədən sahilboyu ərazilərin və dövlət sərhədlərinin qorunması həyata keçirilir. Bildirilir ki, Rusiya ordusu əsasən Krivoy-Roq istiqamətində hücum cəhdlərini davam etdirir, eyni zamanda Nikolayev və Mariupol şəhərlərini tutmağa çalışır.
Baş qərargahın bildirdiyinə görə, Rusiya bütün beynəlxalq humanitar normaları pozaraq Ukrayna ərazisindəki hərbi və mülki infrastrukturu məhv etməkdə davam edir. Belə ki, martın 13-də Uman, İvano-Frankovsk, Stariçi yaşayış məntəqələrinə raket zərbələri endirilib. Belarus ərazisindən də Ukraynaya "İsgəndər” raketləri ilə zərbələrin endirilməsi davam edir.
Sfera.az
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ











