Bakı-Moskva aviareysləri təxirə düşəcək?

Dumanlı və qarlı hava şəraiti ilə əlaqədar Moskvanın hava limanlarında 20-yə yaxın aviareys gecikir və təxirə salınıb.
Bu barədə "APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata əsasən, hazırda Vnukovo hava limanında iki reys gecikir və dörd reys təxirə salınıb, Domodedovo limanında üç reys gecikir və iki reys təxirə salınıb, Jukovski hava limanında bir reys təxirə salınıb, Şeremetyevo aeroportunda isə üç reys gecikir, beşi təxirə salınıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Avtosfer.az-a verilən məlumata görə, Rusiya paytaxtında müşahidə edilən dumanlı hava şəraiti Bakı ilə Moskva arasında (Bakı-Moskva, Moskva-Bakı) hava nəqliyyatı ilə sərnişin daşımalarına təsir etməyib.
"Səhərki reyslər vaxtında yerinə yetirilib, qalan reyslər üzrə qrafikdə hələlik gecikmələr müşahidə olunmur", - aeroportdan bildirilib.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB












