Rusiya Su-35 sifarişləri ilə bağlı problem yaşayır – İmtina edənlərin siyahısı genişlənir

Rusiya Su-35 döyüş təyyarə sifarişləri ilə bağlı problem yaşayır. Müxtəlif xəbərlərə görə, Əlcəzair, Misir və İndoneziya Su-35 müqavilələrindən bir-bir çıxır. “Defense Blog” nəşri yazır ki, ABŞ-ın CAATSA sanksiyaları təhlükəsi səbəbindən Əlcəzair, Misir və İndoneziya hökumətlərinin Su-35-dən imtina etdiyi bildirilir.
Həmçinin qeyd olunur ki, Rusiya Su-35-in potensial müştərilərindən texniki və siyasi problemlərin həlli üçün əlavə vaxt istəyir. Təyyarədə istifadə edilən ABŞ, Avropa və İsrail istehsalı mühüm komponentlərin tədarükündə problem olduğu da iddia edilir. Məsələn, bəzi ölkələrin AESA radarlarının hissələrinin tədarükü ilə əlaqədar Su-35 sifarişlərini ləğv etdiyi qeyd edilir.
Əvvəllər mətbuatda Əlcəzairin Su-35-ləri tədarük etmək istədiyi barədə məlumat yayılsa da, sonradan mətbuatda Əlcəzairin planlarının mövcud Su-30MKA-ları modernləşdirmək olduğu qeyd edildi.
Misirin Su-35 almasında kifayət qədər problemlər davam edir. Misir Yaxın Şərq regionunda Su-35 döyüş təyyarələrini alan ilk ölkə olub, lakin bəzi xəbərlərdə təyyarələrin artıq təhvil verildiyi, bəzi xəbərlərdə isə təyyarələrin hələ də istehsal müəssisəsində gözlədiyi bildirilir.
İndoneziya isə bu yaxınlarda Su-35 variantından rəsmən geri çəkildiyini təsdiqləyib. İndoneziya Hərbi Hava Qüvvələrinin komandanı Fadjar Prasetyo iddiaları şəxsən təsdiq edib.
İran bu təyyarələri ala bilərmi?
Digər iddia isə İranın Su-35 döyüş təyyarələrini alacağıdır. Bu xəbərlərin mənbəyi İranın “Mehr News” xəbər agentliyidir. Agentliyin məlumatına görə, Rusiya İrana Su-35 tədarük etməyə hazırdır.
“Mehr News”un məlumatına görə, yaxın ayda Rusiya ilə İran arasında 20 illik hərbi-strateji əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, İran Rusiyadan S-400, peyklər və Su-35 döyüş təyyarələri də daxil olmaqla 10 milyard dollarlıq silah alışını imzalayacaq.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










