Rusiya yeni anti-dron yaradıb - Əsas hədəf "Bayraktar"dır

İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Bayraktar TB2 Pilotsuz Uçuş Aparatı (PUA) dünyanın diqqətini özünə çəkməyi bacardı. Azərbaycan ordusunun arsenalında olan bu PUA-lar qüsursuz işləyərək yüzlərlə düşmən mövqeyini uğurlu şəkildə məhv etdi. Müharibədən sonra isə əksər ölkələr məhz bayraktarların sayəsində Türkiyə hərbi sənayesinə marağı birə-beş artırdılar. Hazırda türk PUA-ları dünya reytinqində ön sıralarda qərarlaşır. Maraqlıdır ki, Türkiyə hərbi sənayesinin bu uğuru əksər böyük ölkələrdə, o cümlədən Rusiyada birmənalı qarşılanmır.
Rusiyalı mütəxəssilər artıq bir ildən çoxdur ki, hər vəchlə qarşısıalınmaz bayraktarları sıradan çıxara biləcək yeni silah axtarışına çıxıblar. Bu gün isə rusiya hərbi saytları bir neçə gün öncə sınaqdan keçirilmiş yeni silah haqqında maraqlı məqalə dərc ediblər. Yazıda qeyd edilir ki, tezliklə orduda bütün hücum dronları üçün kabusa çevriləcək kompleks peyda olacaq. AzVision.az məqalədən maraqlı hissələri oxuculara təqdim edir.
- Türk PUA-sı Bayraktar TB2 də həmin kompleksin qurbanları arasında ola bilər. Rusiyanın "Orion" hücum PUA-sı 9M133FM-3 raketi ilə düşmənin pilotsuz təyyarələrini vura biləcək. Üstəlik, bu qurğu yerdən də işə salına bilər. Raketin uçuş məsafəsinin artırılması isə mobil anti-dronları 10 kilometrə qədər məsafədə yerləşdirməyə imkan verəcək. Bundan başqa, 7 kilometr hündürlükdə olan düşmənin bütün dronları kompleksin hədəfinə çevriləcək,-məqalədə yazılıb.

Məqalə müəllifi adı açıqlanmayan mənbələrə istinad edərək mütəxəssislərdən sitat gətirib. Onların sözlərinə görə, “Orion” pilotsuz uçuş aparatının radar stansiyası (RLS) kiçik və yüngüldür. O, istənilən düşmən PUA-sını izləyə və onların zərbə məsafəsinə yaxınlaşması barədə xəbərdar edə biləcək. Yaxın gələcəkdə “Kornet” tank əleyhinə raket kompleksinin bu mobil radarla kombinasiyası PUA-ların məhvinə yönəlmiş unikal və ucuz sistem yaratmağa imkan verəcək. Belə bir PUA "qatili” müasir hücum dronlarından, o cümlədən Türkiyənin "Bayraktar"larından qorunmaq istəyən ölkələrə satıla bilər.
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO










