Rusiyada 11 aeroportun fəaliyyəti dayandırıldı - VİDEO

Rusiyanın cənubundakı 12 hava limanının fəaliyyəti dayandırılıb.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin açıqlamasında deyilir.
“Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar 24 fevral 2022-ci il, Moskva vaxtı ilə saat 03:45-dən etibarən Rusiyanın cənubundakı bir sıra hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Məhdudiyyət 2 mart 2022-ci il, Moskva vaxtı ilə saat 03:45-dək qüvvədədir”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış hava limanları sırasında Rostov, Krasnodar, Anapa, Gelencik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk və Voronej aeroportları yer alıb.
“Sərnişinlərə və onları qarşılayanlara hava limanlarına gəlmək qəti şəkildə qadağan edilir. Hava limanlarının və aviaşirkətlərin cədvəlindəki bütün dəyişikliklər şirkətlərin rəsmi saytlarında, o cümlədən sosial şəbəkələrdə dəqiqləşdirilməlidir”, - Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Ətraflı Baku TV-nin süjetini tədim edirik:
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












