Rusiyanın üç şəhərindən Bakıya birbaşa müntəzəm uçuşlar başlayır

Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Jukovski (Moskva vilayəti), Kaluqa və İrkutsk şəhərlərinin hava limanlarından Azərbaycanın paytaxtına müntəzəm birbaşa reyslərin yerinə yetirilməsinə başlayır.
Aviadaşıyıcının mətbuat xidmətinin yaydığı məlumata görə, Moskva-Jukovski-Bakı-Jukovski aviareysi dekabrın 18-dən cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Təyyarə Jukovskidən saat 13:00-da, Bakıdan isə 18:10–da qalxacaq. Uçuş vaxtı 3 saat 10 dəqiqədir.
İrkutsk - Bakı-İrkutsk reysi dekabrın 26-dan bazar günləri yerinə yetiriləcək. İrkutskdan yola düşmə 6:00-da, Bakıdan yola düşmə isə 09:25-də həyata keçiriləcək. Uçuş vaxtı 5 saat 50 dəqiqədir.
Kaluqa-Bakı-Kaluqa marşrutu üzrə uçuşlar gələn ilin yanvarın 1-dən başlayacaq və şənbə günləri olacaq. Kaluqadan yola düşmə 9:25-də, Bakıdan yola düşmə isə 14:30-da nəzərdə tutulub. Uçuş vaxtı 3 saat 5 dəqiqədir.
Biletlərin satışı “uralairlines.ru” saytında, “UralAirlines” mobil proqramında, aviabilet kassalarında və aviaşirkətin 8-800-7700-262 nömrəsi vasitəsilə həyata keçirilir.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











