Rusiyanın xüsusi nümayəndələri İrəvana gəldilər - Sərhəddə delimitasıya başlaya bilər

Rusiya Demarkasiya və Delimitasiya Komissiyasının nümayəndələri xüsusi hərbi təyyarə ilə İrəvana gəliblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” qəzeti məlumat yayıb.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsinin gətirdiyi nümayəndələr bu gün İrəvandakı "Erebuni” hərbi hava limanına eniblər.
"Hraparak”ın məlumatına görə, Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesinə bu həftə başlanıla bilər.
"Demarkasiya və delimitasiya komissiyasının erməni nümayəndələrinin kim olacağı hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, komissiyanın işinə Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək”,-deyə adı çəkilən nəşr yazıb.
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya şöbəsinin rəisi Qorq Altunyan jurnalistin bu məslə ilə bağlı sualına konkret cavab verməkdən yayınıb. O bildirib ki, Müdafiə Nazirliyinin funksiyalarının 90%-i məxfidir.
Sfera.az
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











