Rusiyaya gedənlərin nəzərinə: Barmaq izi və tatu məcburiyyəti gəlir

Rusiyada 90 gündən artıq qalan əmək miqrantları və əcnəbi vətəndaşlardan bir sıra hallarda təkrar daktiloskopiya (barmaq izlərinin götürülməsi), döymə və ya çapıqlar götürüldükdən sonra isə fotoşəkil çəkdirilməsi tələb oluna bilər.
Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin sərəncam layihəsində məlumat verilib.
Layihədə bildirilir ki, ümumiyyətlə xarici vətəndaşlar ölkəyə daxil olduqdan sonra bir dəfə barmaq izi qeydiyyatına alınmalı və fotoçəkilişdən keçməlidir. Ancaq bir sıra hallarda bu proseslər təkrarlana bilər:
- Fotoçəkilişin olduğu tarixdən on il keçibsə;
- Xarici görünüşdə əhəmiyyətli davamlı (daimi) dəyişikliklər (cərrahi müdaxilələr nəticəsində çapıqlar, dəri qüsurları üzərində əməliyyatlar, döymələrin vurdurulması (silinməsi), görünüşün dəyişməsi) olduqda;
- Anatomik quruluş dəyişdikdə, məsələn, əza, əl və ya barmağın itirilməsi halında (bu halda təkrar barmaq izi alınacaq);
- Soyad, ad, ata adı, doğum tarixi və yeri, cins və ya vətəndaşlığının dəyişdirilməsi, habelə sənəddəki məlumatlarla şəxsiyyətin müəyyən edilməsi zamanı əldə edilmiş məlumatlar arasında uyğunsuzluq;
- Daktiloskopik qeydiyyatdan keçmə haqqında sənədin təqdim edilməməsi, barmaq izi məlumatları keyfiyyətinin aşağı olması və ya texniki nasazlığa (o cümlədən barmaq izi kartlarının faylları zədələndiyinə) görə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının informasiya mərkəzi tərəfindən regional səviyyədə qeydiyyata alınmadıqda sözügedən proseslər təkrarlana bilər.
Qeyd edək ki, Rusiyada bu il dekabrın 29-dan etibarən 90 gündən artıq müddətə ölkəyə daxil olan əmək miqrantları və əcnəbilər məcburi daktiloskopiya və fotoçəkilişdən keçməlidirlər. Bundan sonra onlar müvafiq sənədi alacaqlar.
Mənbə: TASS
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











