Salyanda oğurluq və soyğunçuluq edən üç nəfər saxlanılıb - FOTO

Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərimbəyli kəndi ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 4 000 manat olan dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs tutulub.
Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri Orxan Hüseynov və Röyal Səmədov olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə mart ayının 15-də rayon ərazisində bir qadına qarşı zor tətbiq edərək əlində olan 380 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş Pərviz Əhmədov saxlanılıb.
Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












