Şamaxı və Qaxda pirotexniki vasitələr satan şəxslər saxlanılıb - FOTO

Şamaxı və Qaxda ərzaq mağazasında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, rayonun Şəhriyar qəsəbəsində Aydın Qurbanovun işlətdiyi mağazada gizli şəkildə pirotexniki vasitələr satılması barədə məlumat daxil olub.
Obyektə baxış zamanı oradan partlayıcı və tezalışan maddələr aşkarlanaraq götürülüb.
Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini Bəkir Əmişov saxlanılıb. Onun fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Hər iki şəxs barəsində protokollar tərtib olunub və baxılması üçün rayon məhkəmələrinə göndərilib.

Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











