Saxta şou, təxribat: - Ermənistan nə vaxt öz işi ilə məşğul olacaq - VİDEO

“Vmedia” yutube kanalı “Ermənistan nə vaxt nəhayət öz işi ilə məşğul olacaq?” adlı növbəti videoçarx yayımlayıb.
Avtosfer.az xəbər verir ki, videoçarxda Azərbaycanın müharibə və işğala baxmayaraq, Qarabağ münaqişəsinin bütün 30 ili ərzində sistemli şəkildə dövlət quruculuğu və iqtisadi inkişafla məşğul olduğu, Ermənistanda böyük resurs və qüvvələrin ucuz təxribatlara sərf olunduğu, prosesin hazırda da davam etdirildiyi bildirilir. Müəlliflər son dövrlərin heç bir praktiki mənası olmayan, sırf Azərbaycana imic zərbələri endirmək məqsədilə həyata keçirilən ən mənasız əməlləri və bəyanatları sadalayırlar. Və özlərinin ziyanına. Paşinyanın Cəbrayıla yol çəkəcəyi ilə bağlı verdiyi dəhşətli vədlər bunun bariz nümunəsidir. Filmin müəlliflərinin ironik şəkildə qeyd etdiyi kimi, “son hadisələrə əsaslanaraq, Paşinyan Sünikdə yol çəksəydi, daha yaxşı olardı...”. Eyni zamanda, qeyd edilir ki, Ermənistan münaqişədən sonrakı dövrdə yenə də regionda davamlı sülhün əldə olunmasına yönəlmiş konstruktiv yanaşma nümayiş etdirmir və onun liderləri yenidən sevimli saxta şoularına, təxribatlarına əl atırlar. “Aydındır ki, bu insanların şüurunda heç nə dəyişməyib – onlar heyrətamiz inadla 30 ildir davam edən uğursuz taktikaya əməl etməyə davam edirlər. Belə bir yanaşmanın mənasızlığını başa düşmək üçün daha neçə il lazımdır – daha 30, 130, 230?”, - kanal müəllifləri sual verirlər. Onlar qeyd edirlər ki, cavabları Ermənistan cəmiyyəti özü tapmalıdır.
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI










