Səki qanunsuz zəbt edilib, qurumlar ötür-ötürdə... - FOTO

Xətai rayonunda, Xudu Məmmədov küçəsi ilə Gəncə prospektinin kəsişməsində yeni tikilən obyekt piyada səkisini qismən zəbt edib.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, həmin ərazidə əvvəllər yöndəmsiz ət məntəqəsi var idi (Ər məntəqəsi hazırda da ordadır – red.).
“Məntəqə sahibinə öz tikilisini müasir memarlığa və estetik normaya uyğun vəziyyətə gətirilməsi təklif olunur. O da bunu edib”, - deyə qurum rəsmisi bildirib.
P.İmanov “müasir memarlığa uyğun” yenidən qurulan obyektin niyə kənarda tikilməsinə və bu zaman səkinin zəbt edilməsi səbəbinə aydınlıq gətirməyib.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov isə saytımıza bildirib ki, BŞİH-nin tikintiyə icazə vermək səlahiyyəti yoxdur:
“2018-ci ildən bütün tikililərin layihəsini Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi təsdiq edir. Yəqin ki, icazəni həmin qurum verib”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə açıqlamasında deyib ki, hər hansı tikili səkini zəbt edirsə, buna qarşı yerli icra hakimiyyəti və FHN-nin aidiyyəti orqanı tərəfindən şəhərsalma və dövlət nəzarəti olmalıdır:
“Yerli səviyyədə şəhərsalma nəzarəti yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Mövcud şəhərsalma nəzarəti qaydalarına əsasən, icralar tərəfindən öz ərazilərində təsdiqlənmiş planlaşdırma sənədlərinə riayət edilməklə tikinti işlərinin aparılmasına nəzarət edilməli və özbaşına tikililərin qarşısı alınmalıdır”.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










