Şəkidə obyektlər və evlərdən oğurluq edən şəxs həbs olunub - FOTO

Şəki şəhərindən yerləşən “Playstation” oyun zalından oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən 700 manat dəyərində televizorun oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş İlyas Nüybərov saxlanılıb. Aparılan ilkin araşdırmalar zamanı onun daha iki evdən televizor və təmir-tikinti alətləri, eləcə də tanışı ilə birgə Şəki şəhəri ərazisində yerləşən şirniyyat mağazasından pul oğurladığı da müəyyən edilib. Onun oğurladığı televizorlardan biri, eləcə də cinayətdə istifadə etdiyi alətlər və maska maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə İ.Nüybərov barəsində həbs qətimkan tədbiri seçilib.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ












