Şəmkirdə şadlıq evinin rəhbərlərinə cinayət işi açıldı - FOTO

Şəmkirdə karantin qaydalarını pozan şadlıq evinin rəhbərləri barəsində cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Gold Qafqaz” şadlıq sarayının əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Operativ Qərargahın qəbul etdiyi karantin qaydalarına zidd olaraq müəyyən edilmiş say həddindən artıq qonaq qəbul etməsi aşkar olunub.
Polis əməkdaşları müəyyən edib ki, dekabr ayının 26-da keçirilən toy mərasimində 150 nəfər qonaq olmalı olduğu halda 250 nəfər iştirak edib. Buna görə də obyekt sahibi Nofəl Heydərov saxlanılaraq RPŞ-nə gətirilib və onun barəsində Cinayət Məcəlləsinin (CM) 139-cu (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bundan başqa, şöbə əməkdaşlarının dekabrın 28-də keçirdikləri müvafiq tədbirlər nəticəsində “Ceyhun” şadlıq evinin rəhbərliyi müvafiq portalda şadlıq evində kiçik toy və toy mərasimi barədə məlumat versə də, əslində hər iki yığıncağın eyni vətəndaşa məxsus toy mərasimi olması aşkar edilib. Şadlıq evi rəhbəri Rasim Salmanov saxlanılaraq RPŞ-nə gətirilib və onun barəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə cari il ərzində ümumilikdə 50-yə yaxın şadlıq evi və iaşə obyektlərində, 135-ə yaxın evlərdə keçirilən toy mərasimlərində karantin rejiminin pozulmasını aşkar edib. Həmin şəxslərin barəsində qanunamüvafiq tədbir görülüb. Tədbirlər zamanı təkrar qayda pozuntusuna yol verdiyinə görə 14 nəfərdən 5-i həbs edilib.

Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












