Şöbədə arvadını öldürən polisin 20 il həbsi tələb olundu

Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir.
Avtosfer.az xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkləməsində keçirilən iclasda dövlət ittihamçısı sabiq polisin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. O, İ.Məmmədovun 3 il ağır tipli, 17 il isə ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasını təklif edib. Hakimlərin qərarı növbəti prosesdə elan edəcəyi gözlənilir. Qeyd edək ki, İsmayıl Məmmədov ötən ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində arvadı Xanım Məmmədovanı qətlə yetirib. O, özü də Nizami RPİ-nin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar polisə şikayət etmək üçün şöbəyə gəlib. Araşdırma gedişində İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb. İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












