Stalini İrana aparan vaqon Bakı deposunda: O nələrə şahidlik edib?

Dünya tarixinin şahidi olan bu vaqon təhlükəsizlik üçün nəzərdə tutulmuşdu. Vaqondan ilk dəfə 1943-ci ildə - müharibənin qızğın çağında "Tehran konfransı" zamanı istifadə olunmuşdu. Bəzi tarixçilər qeyd edirlər ki, Stalin Tehrana birbaşa təyyarə ilə uçub.
Amma son dövrlərdə açılan rus arxivlərindən bəlli olur ki, Stalinin marşrut qrafiki başqa olub. Deməli, Stalin təyyarə ilə Bakıya gəlir. Bakıya gəldikdən sonra bir gün Mir Cəfər Bağırovun qonağı olur. Stalinin təhlükəsizliyini təmin etmək məqsədilə təyyarənin biri eyni vaxtda Tehranda düşür. Stalin isə sözügedən vaqonla İrana keçir.
Avtosfer.az xəbər verir ki, həmin vaqonda Stalin, Beriya və Bağırovun üçlü görüşü baş tutur. Görüşdə Tudə partiyasının yenidən aktivləşdirilməsi də gündəmə gəlir.
Bu vaqonla bağlı digər bir məqam Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasıyla bağlıdır.
Məsələn, axırıncı dəfə 1947-ci ildə Bağırovla Üzeyir bəy (Üzeyir Hacıbəyli) həmin vaqonda Moskvaya getmişdi.
Niyazi xatirələrində qeyd edir ki, Bağırovla Üzeyir bəy çox yaxın olublar. Mir Cəfər onu satqın ziyalılardan qoruya bilmişdi.
Xatirələrdə həmçinin o da qeyd olunur ki, söhbət zamanı Bağırov Üzeyir bəydən qardaşı Ceyhun haqqında soruşur. “Sən Ceyhunla yazışırsanmı?” sualına Üzeyir bəy KQB nəzarətində bunun mümkün olmadığını deyir. Bağırov isə öz kanalları vasitəsilə Ceyhun haqqında məlumat öyrənə biləcəyini bildirir. Bir sözlə, bu vaqon belə məhrəm söhbətlərin şahidi olub.
Üçüncü əlamətdar hadisə odur ki, sözügedən vaqonda Bağırovun Seyid Cəfər Pişəvəri, Padiqan və İlhami ilə gizli görüşü olub. Bu görüş cənub hərəkatının süqutu ərəfəsində baş tutmuşdu.
Vaqon Xruşşov (Nikita Xruşşov- Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi) dönəminə qədər Mərkəzi komitənin birinci katiblərinin şəxsi təhlükəsizlik vaqonu kimi istifadə olunub.
Lent.az məşhur vaqonun fotolarını təqdim edir:
Qeyd: Fotolarını təqdim etdiyimiz vaqon haqqında məlumatlar isə tədqiqatçı Adıgözəl Məmmədovun “M. C. Bağırov Siyasi Portret” kitabından götürülüb.



Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












