Sumqayıtda 84 yaşlı kişi itkin düşüb

Sumqayıt şəhərində 84 yaşlı kişi itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, şəhərin Xəzər bağlar massivində yaşayan 84 yaşlı Hüseynov Yunis İxtiyar oğlu 2020-ci il yanvarın 31-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb: "Onun yaddaş pozğunluğu olması ehtimal edilir".
"Əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, ağbəniz, qısa ağ saçlı, gözləri qəhvəyi rənglidir. Evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy cins şalvar, qəhvəyi rəngli polver, başında qara papaq, ayağında qara ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 210-31-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ













