Taksi sürücülərinə bıçaqla xəsarət yetirib pullarını alan şəxs SAXLANILDI

Sabirabadda taksi sürücülərinə qarşı quldurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Sabirabad və Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabr ayının 9-da Sabirabad rayonu ərazisində iki taksi sürücüsünə bıçaqla xəsarət yetirərək, pullarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb.
Araşdırmalarla onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Adəm Namazov olduğu müəyyən edilib.
A.Namazov ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun taksi fəaliyyəti ilə məşğul olan daha beş sürücünün pullarını quldurluq və dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyənləşdirilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
"Adəm Namazovun cinayət əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Sabirabad RPŞ-nə müraciət etmələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












