Taleh Ziyadov: "Zəngəzur dəhlizinin açılışı Bakı Limanının dövriyyəsini artıracaq"

“Zəngəzur dəhlizi sovetlər dönəmində ən vacib istiqamətlərdən biri idi. Xüsusilə Orta Şərqlə SSRİ arasındakı iqtisadi əlaqələr Zəngəzur dəhlizi ilə həyata keçirilirdi”.
Avtosfer.az-ın məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.
Onun sözlərinə görə, sovet illərində Zəngəzur dəhlizi vasitəsilə Culfadan İrana gedən dəmiryol ticarəti ilə ildə 3 milyon tona qədər yük dövriyyəsi olub:
“Torpaqlarımız işğal olunan zaman ticarət dövriyyəsi məhv olub. Vətən müharibəsindən sonra yeni perspektiv həm Azərbaycan, həm də region üçün açılmaqdadır. Biz region olaraq bu dəhlizin böyük əhəmiyyətini görürük”.
“Limandan böyük nəqliyyat vasitələrinin, həm də dəmiryolu vasitəsi ilə yüklərin Türkiyəyə, oradan da Ağ dənizə çıxışı daha qısadır. Həm Türkiyənin, həm Avropanın Orta və Mərkəzi Asiya ilə ciddi ticarəti var. Bu ticarət daim artmaqdadır. Limanda əməliyyatların effektivliyi çox vacibdir. Burada dövriyyə artacaq. Biz qonşu, xüsusi ilə Türkmənistan və Qazaxıstan limanları ilə yaxın əlaqələrin genişlənməsini, işlərin görülməsini əhəmiyyətli hesab edirik”, - deyə Baş direktor qeyd edib.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











