Tarixi binaların üzərindəki reklam löhvələri sökülür - VİDEO

Bakıda müxtəlif ərazilərdə 17-20 ci əsrlərdə inşa olunan tarixi binaların fasad və digər hissələrinə vurulan reklam löhvələrinin sökülməsinə başlanılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu məqsədlə pilot layihənin icrasına başlayıb.
Xidmətin müraciəti əsasında Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən paytaxtda tarixi abidələrin üzərindəki qanunsuz reklam lövhələri sökülüb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin sözlərinə görə, bu işlərin görülməsində məqsəd tarix-memarlıq abidələrinin fasadı, dam örtükləri və digər hissələrinə qanunsuz müdaxilələrin qarşısını almaq, tarixi abidələri ilkin görkəminə qaytarmaqdır.
Azad Cəfərli bildirib ki, pilot layihə çərçivəsində aparılan monitorinqlər zamanı təkcə tarixi binaların fasad hissələrinə qanunsuz reklam löhvələrinin vurulması halı deyil, digər problemlər də ortaya çıxıb. Əməkdaşlar tərəfindən dərhal həmin problemlər aradan qaldırılıb.
Qurum rəhbəri onu da qeyd edib ki, monitorinqlər təkcə Bakıda yox, bundan sonra regionlarda da davam etdiriləcək.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












