Telefonumuzun izlənildiyini necə anlaya bilərik? – Ekspert açıqladı

Smartfondan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etməsəniz, cinayətkarlar şəxsi məlumatlara giriş əldə edə bilərlər. Bu barədə rusiyalı mütəxəssis Yevgeni Kaşkin bildirib.
O, telefonun izləndildiyinin necə anlanılması ilə əlaqədar danışaraq deyib ki, proqramın telefonun hansı funksiyalarına giriş istəməsinə diqqət yetirmək vacibdir. Bunlara, kameranı, mikrofonu, qalereyanı misal göstərmək olar. Bir sıra proqramlar üçün bu cür giriş hüquqları məcburidir, lakin belə tələblərin absurd olduğu proqramlar var. Məsələn, evin internet hesabınızın vəziyyətini izləmək üçün proqram təminatı. Etibarsız proqramlar şəxsi məlumatları oğurlaya bilər. Digər mühüm amil tətbiqlər tərəfindən geolokasiyanın istifadəsidir. Tətbiqlərdə geolokasiyaya giriş telefona nəzarətinin əlaməti ola bilər. Söhbət təkcə GPS-dən yox, həm də mobil məlumatların istifadəsi və müxtəlif veb resurslarına qoşulmaqdan gedir. Cib telefonu sahibinin xəbəri olmadan olduğu yer məlumatlarını daim göndərməklə hərəkətlərinizi izləyə bilər. Ekspert xəbərdarlıq edir ki, bir sıra proqramlar e-poçt mesajlarını ələ keçirməyə qadirdir.
Mənbə: RİA Novosti
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












