“Tərtərdə məktəbə hücum olub” xəbərinə DİN-dən RƏSMİ REAKSİYA

Bəzi KİV-lərdə Tərtər rayonunun Şıxarx qəsəbəsindəki məktəbə hücum edilməsiylə bağlı yayılan iddialar təsdiqini tapmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, Tərtər rayon Şıxarx qəsəbəsindəki 2 saylı tam orta məktəbə hücum edilməsi ilə bağlı yayılan məlumat Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən araşdırılıb:
“Məktəbə hər hansı hücum olması ilə bağlı iddialar təsdiqini tapmayıb.
Qeyd etmək istərdik ki, Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizə qarşı cavab tədbirləri görə bilməyən erməni hərbi birləşmələri evlərə və digər mülki obyektlərə raket və artilleriya zərbələri endiriblər. Bu atəşlər nəticəsində evləri zərər görmüş Şıxarx qəsəbə sakinləri və bir neçə köçkün ailələri həmin məktəbdə müvəqqəti yerləşiblər.
Ötən müddət ərzində yaşayış yerləri tam hazır olmayan bir neçə ailə hal-hazırda orada yaşayır. Məktəbdə avadanlıqlara ziyan dəyməsi və dağınıqlığın yaranması isə nəzarətsizlik səbəbindən baş verib”.
Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB












