Türkiyə hökuməti İrəvana təyyarə uçuşlarına dair məsələni araşdırır

Türkiyə hökuməti İstanbul – İrəvan təyyarə uçuşlarına başlamaq barədə yerli və Ermənistan hava yolu şirkətlərinin müraciətlərini araşdırır.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə bildirib.
Nazir bu məsələyə dair mövqelərinin ilkin olaraq müsbət olduğunu deyib: “Bu xətdə hansı şirkətlərin xidmət göstərəcəyi yaxın günlərdə bəlli olacaq”.
M.Çavuşoğlu 44 günlük müharibədən bu yana Türkiyənin və Azərbaycanın dəfələrlə Ermənistanla bağlı müsbət bəyanat verdiklərini xatırladıb: “Rəsmi Bakının İrəvanla əhatəli sülh sazişi ilə bağlı çağırışları xüsusi əhəmiyyət daşıyır. Bu ismarışlar məsələyə Azərbaycanın da, Türkiyənin da yanaşmasını əks etdirir”.
Qafqaz regionunda sülh, sabitlik, iqtisadi inkişafın tərəfdarı olduqlarını diqqətə çatdıran türkiyəli nazir Ermənistanın da regionda davamlı sülh və sabitlik istiqamətində addım atacağına ümidvar olduqlarını deyib:
"Bizim niyyətimiz bəllidir. Azərbaycanın bircə məqsədi olub, o da Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarını geri qaytarmaqdır. Nəticə olaraq sülh sazişinə çağırış edən məhz Bakıdır. Deməli, Azərbaycanın mövqeyi tam konstruktivdir”.
“Report”
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB












