Türkiyə Müdafiə Nazirliyindən Qara dənizdə üzən minalarla bağlı AÇIQLAMA

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qara dənizdə dreyf edən minalara qarşı görülən tədbirlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, heç kimə zərər vermədən bu təhlükəni aradan qaldırmaq üçün çalışırıq.
Akar Hərbi Dəniz Qüvvələri Komandanlığına aid mina axtarma gəmiləri və dəniz patrul təyyarələrinin hazır vəziyyətdə olduğunu vurğulayıb:
“Alınan hər bir bildiriş dəyərləndirilir və lazımi tədbirlər görülür. Dəniz nəqliyyatında heç bir problem yoxdur”.
Hulusi Akar əlavə edib ki, Ukrayna limanlarında gözləyən türk gəmilərinin təcili və təhlükəsiz şəkildə təxliyyəsi ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə təmaslarını davam etdirirlər.
Nazir həmçinin qeyd edib ki, Türkiyə Mariupoldan dəniz yolu ilə dinc əhalinin və yaralıların təxliyyəsini təşkil etmək üçün gəmilər ayırmağa hazırdır.
Onun sözlərinə görə, Türkiyə tərəfi bu məsələdə Rusiya və Ukrayna strukturları ilə koordinasiyalı olaraq fəaliyyət göstərir:
“Ankaranın təxliyyə prosesinə dəstək verməyə hazır olması bizim müdafiə departamentimizə dəvət olunmuş Rusiyanın Türkiyədəki hərbi attaşesinin diqqətinə çatdırılıb. Oxşar təşəbbüs Rusiya hakimiyyətinə Türkiyənin Moskvadakı hərbi attaşesi vasitəsilə də ötürülüb”.
O qeyd edib ki, Türkiyə Ukrayna xalqına humanitar yardım çatdırmaqda davam edir.
Türkiyəli siyasətçi xatırladıb ki, son həftələrdə o, rusiyalı və ukraynalı həmkarları Sergey Şoyqu və Aleksey Reznikovla dəfələrlə telefonla danışıb. Onun sözlərinə görə, İstanbulda Reznikovla da şəxsi görüşü olub.
Türkiyəli nazir həmçinin Rusiya Federasiyası və Ukrayna ilə aktiv təmaslar və türk gəmilərinin Ukrayna limanlarından təhlükəsiz çıxışı məsələsi barədə məlumat verib. Bundan başqa, Akar atəşkəslə bağlı razılaşmaların əldə olunmasının vacibliyini bildirib.
Mənbə: Anadolu
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










