Ucarda qaydaları pozan COVID-19 xəstələri barədə araşdırma aparılır

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan avtosfer.az-a verilən məlumata görə, rayon sakini R.Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. R.Əliyev rayon ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. Aktiv COVID-19 xəstəsi olan Y.Həsənov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs ictimai yerdə aşkarlanıb və yaşadığı evə geri qaytarılıb. Hər iki şəxs barəsində Ucar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












