Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq - VİDEO

Bu gündən tibbi xidmətlərdən istifadə edən zaman vətəndaş ödədiyi ƏDV-nin bir hissəsini geri ala biləcək. Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri də artırılıb. Bəs bu gündən qüvvəyə minən digər qaydalar hansılardır?
Bu gündən etibarən ƏDV-də geri al kampaniyasına dəyişiklik ediləcək.
Artıq tibbi xidmətlərdən istifadə edən zaman vətəndaş ödədiyi Ədv-nin bir hissəsini geri almaq imkanlarına malik olacaq.
Millət vəkili Vüqar Bayramov bildirib ki bu da vətəndaşa imkan verir ki, ödədiyi verginin bir hissəsini geri ala bilsin .
Elə vətəndaşlar da tibbi xidmətlərdən istifadə edən zaman Ədv-nin bir hissəsini geri almaq imkanlarından yararlanmağın faydalı olduğunu bildirirlər.
Bu gündən Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri də artırılıb. Belə ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır. Eyni zamanda idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək.
Avtomobillərin qeydiyyat nişanlarındakı rəqəmlərlə bağlı yeni rüsumlar qüvvəyə minir. Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000 manat dövlət rüsumu tutulacaq.
Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar da dəyişib. Bugündən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb. Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlar da artırılıb. Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılıb.
Nikahın qeydiyyatına görə rüsumlar artırılıb. Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılıb.
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB








