Xarici İşlər Nazirliyi Ağdaban qətliamı ilə bağlı paylaşım edib - FOTO

Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban qətliamından 34 il ötür.
Avtosfer.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd olunub.
Bildirilib ki, 1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılıb, yaşayış məntəqəsi yerlə-yeksan edilib.
779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilib:
"Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır.
Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












